Əlibaba Məmmədov: “86 yaşa çatmışam, amma indiyə qədər belə möhtəşəm tədbir görməmişəm”
Bizi izləyin

Magazin1

Əlibaba Məmmədov: “86 yaşa çatmışam, amma indiyə qədər belə möhtəşəm tədbir görməmişəm”

Xalq artisti, ustad sənətkar Əlibaba Məmmədov Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının dünyada analoqunun olmadığını bildirib.

Publika.az-a açıqlama verən xanəndə bu tarixi hadisənin heç vaxt unudulmayacağını deyib: “Mən 86 yaşa çatmışam, amma indiyə qədər belə möhtəşəm tədbir görməmişəm. Avropa Oyunları dünyada analoqu olmayan bir tarixi hadisə idi. Oyunları, açılış və bağlanış mərasimlərini efir vasitəsi ilə izlədim. İnanın səmimiyyətimə, 86 yaşımda sevincimdən ağladım. Tədbir necə gözəl təşkil olunmuşdu. Açılış günü təşkil olunan tədbirdə milli dəyərlərimiz, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz necə gözəl əksini tapmışdı. Bu açılış mərasiminin fəlsəfi mahiyyəti vardı. Bu tarixi hadisə əsrlər boyu xatırlanacaq, bir ilk olaraq yaddaşlara həkk olunacaq. Bu səadəti bizə, Azərbaycan xalqına yaşatdığına görə, mən prezidentimə və onun gözəl xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Allah onları Azərbaycan xalqının başı üzərindən əskik etməsin”.

Ustad xanəndə onu da qeyd edib ki, Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu bir daha artırıb: ”Azərbaycan xalqı qüdrətli xalqdır, Azərbaycan dövləti qüdrətli dövlətdir, dövlət başçımız bir daha bunu dünyaya sübut etdi”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm