7 aylıq hamilə İradənin qızı ilə FOTOLARI
Bizi izləyin

Magazin1

7 aylıq hamilə İradənin qızı ilə FOTOLARI

Aktiv sosial şəbəkə istifadəçilərindən olan müğənni İradə İbrahimovanın son paylaşdığı şəkil böyük maraq doğurub. Türkiyə vətəndaşı ilə ailə qurub, orada yaşayan və bir qız anası olan ifaçı həmişəki kimi, bu dəfə də qızı ilə fotolarını paylaşıb. Şəkildə müğənni tamamilə makiyajsız, qızı ilə uzandığı yerdə çəkilib.

Publika.az xəbər verir ki, izləyicilər şəkillə bağlı geniş müzakirə açıb. “Səhərimiz belə açılır” başlıqlı şəkildə əksəriyyətin diqqətini çəkən müğənninin makiyajsız görkəminin gözoxşayan olmasıdır.

Uzun-uzadı xoş şərhlər yazılan şəklə, ifaçının istifadə etdiyi maskanın adı ilə maraqlananlar da olub.

Publika.az həmin fotonu təqdim edir.

Xatırladaq ki, İradə İbrahimova hazırda ikinci dəfə ana olmağa hazırlaşır. Müğənni hamiləliyinin 7-ci ayındadır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm