Xalq şairi: “Xalq birliyini, əzəmətini, gücünü nümayiş etdirdi”
Bizi izləyin

Magazin1

Xalq şairi: “Xalq birliyini, əzəmətini, gücünü nümayiş etdirdi”

"Azərbaycan dünyada bir ilkə imza atdı. Özü də bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi. Mən şairəm, şairanə ifadə edəcəyəm: bütün dünyanın ürəyi Azərbaycanla döyündü. Bir azərbaycanlı olaraq bu hadisə köksümü qabartdı”.

Xalq şairi İlyas Tapdıq Publika.az-a “Bakı 2015” Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşərkən belə deyib.

İlyas Tapdıq tarixə qovuşmuş bu hadisənin əhəmiyyətini yüksək qiymətləndirib:

“Azərbaycan qüdrətli ölkə olduğunu sübut etdi. Mən xəstə olduğum üçün gedə bilmədim, amma açılışı, oyunları canlı olaraq televiziya vasitəsi ilə izlədim. Dünyada analoqu olmayan bir tədbir idi. Hələ bu səviyyədə keçirilən bir tədbirin şahidi olmamışdım. Cənab prezidentimiz İlham Əliyev və onun gözəl xanımı Mehriban Əliyevanın saymaqla qurtarmayan xidmətlərini xüsusi vurğulamaq istəyirəm. Onlar Azərbaycanı bütün dünyaya qüdrətli bir dövlət kimi təqdim etdi. Belə məsuliyyətli işin öhdəsindən layiqincə gəldilər. Mən bir vətəndaş olaraq təsirləndim, qürurlandım. Xalqımız bu gözəl hadisəni qeyd etdi. Bu tədbir eyni zamanda, xalq birliyini, əzəmətini, gücünü nümayiş etdirdi”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm