Murad Arifdən “İnşallah”
Bizi izləyin

Magazin1

Murad Arifdən “İnşallah”

Aparıcı, şoumen Murad Arif yeni "İnşallah" mahnısına klip çəkdirib.

Publika.az xəbər verir ki, söz və musiqisi M. Arifə məxsus mahnıya Cəlal Kəngərli quruluş verib. Yeni yaradıcı işi haqqında M. Arif təəssüratlarını bölüşüb: “”İnşallah” çox iddialı, rəngarəng, dinamik klipdir, mahnın coşqusunu tamamilə çatdırır. Elə rejissor da gənc və çox iddialıdır. Azərbaycanda da Kral tv, Ru tv səviyyəsində milli istehsal olan kliplər çəkilir. Mən Cəlal Kəngərlini özüm üçün kəşf etdim. Bu klip vasitəsilə onu hər kəsə kəşf etdirəcəm. Çəkilişlər dinamik və pozitiv bir ab-havada keçdi. Bütün yaradıcı heyəti, başda rejissor olmaqla, "Crazy Eyes" rəqs qrupuna təşəkkür edirəm. Bunu əminliklə əlavə edim ki, klip də mahnı kimi hit olacaq".

Qeyd edək ki, M. Arif "İnşallah" mahnısına çəkilən klipi iyulun 6-da təqdim edəcək.

Publika.az klip çəkilişlərindən hazırlanan çarxı təqdim edir:

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm