Nazir: “Anasınız, nənəsiniz, amma bizim üçün o gözəl Nargiləsiniz” - FOTOLAR
Bizi izləyin

Magazin1

Nazir: “Anasınız, nənəsiniz, amma bizim üçün o gözəl Nargiləsiniz” - FOTOLAR

Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli teatr və kino xadimi, xalq artisti Amaliya Pənahovaya həsr olunmuş gecə keçirilib.

Publika.az xəbər verir ki, aktrisanın 70 illik yubileyinə həsr olunmuş gecə “Amaliya Pənahovanın sevgi etirafı” adlı altında təqdim olunub.

Gecədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, tanınmış mədəniyyət və kino xadimləri iştirak edib.

Nazir xalq artistini Prezidentin adından təbrik edib və fəxri diplom təqdim edib:

“Anasınız, nənəsiniz, amma bizim üçün o gözəl Nargiləsiniz”.

Videoçarxların müşayiəti ilə təqdim olunan gecədə aktrisanın yaradıcılıq yoluna nəzər salınıb.

Qeyd olunub ki, Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan kinosunda və teatrında yaddaqalan obrazlar yaradıb. 10-dan çox teatr və televiziya tamaşasına quruluş verən aktrisa 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb.

Teatrın səhnələşdirdiyi tamaşalar bir sıra beynəlxalq festivallarda nümayiş olunub.

Gecənin yaddaqalan məqamlarından biri də sənətkarın iştirak etdiyi tamaşalardan parçaların, eləcə də bir sıra səhnə əsərlərində ifa etdiyi mahnılardan ibarət mini konsertin təqdimatı olub.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm