Əlibaba Məmmədov: “Qara qəpik də almamışam”
Bizi izləyin

Magazin1

Əlibaba Məmmədov: “Qara qəpik də almamışam”

Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədov mahnılarından danışıb.

Publika.az-a açıqlama verən sənətkar yüzdən artıq mahnısının olduğunu və bu mahnıları müğənnilərin təmənnasız oxuduğunu dilə gətirib:

“Bəzən mənə deyirlər ki, niyə mahnılarına görə müğənnilərdən pul almırsan, bu, sənin halal haqqındır. Mən bu sözlərə görə onlara etiraz edirəm. Cabbar Qaryağdıoğlunun dillər əzbəri olan mahnıları vardı. Bir gün Üzeyir Hacıbəyli ona deyir ki, bu mahnılara görə müğənnilər sənə qonorar ödəməlidir. Cabbar əmi etiraz edir. Mən də həmişə demişəm ki, mahnılarımı xalqıma bağışlamışam, kim istəyir oxusun. Yüzdən artıq mahnım var, 50 ildir ifa olunur. Hələ bir müğənnidən bir qara qəpik də almamışam”.

Xanəndənin bir təmənnası var. Deyir ki, mahnılarımı oxusunlar, amma pis kökə salmasınlar.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl xanəndənin məşhur “Dəşti” təsnifi Türkiyədə çəkilən “Qurdlar vadisi” serialında səslənmişdi. Buna görə xanəndəyə pul ödəniləcəyi vəd olunsa da, nəticə olmamışdı.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm