Elnur onu valeh edən xanımdan danışdı
Bizi izləyin

Magazin1

Elnur onu valeh edən xanımdan danışdı

Müğənni Elnur Məmmədov və Ülviyyə Tağıyeva bu gün Xəzər telekanalında qonaq olublar. Elnur Məmmədov duet həmkarı Ülviyyəyə duet ifa etmək üçün yalvardığını bildirib.

“Mən onun səsi ilə nəfəs alıram. Hətta bu sözümə görə mənə irad da tuturlar. Mən böyükləri nəzərdə tuturam. Təkcə onun səsi deyil, özünü aparması, mədəniyyəti də məni valeh edir. Səhnədə tək-tük xanımlara hörmət edilir. Bu xanıma hörmət edilir. Hətta onunla duet ifa etmək üçün ona iki ay yalvarmışam”.

Bundan başqa, ifaçı heç kəslə duet etməyəcəyini də bildirib.

“Mən heç vaxt heç kəslə duet ifa etmirəm. Mahnılarımı çoxu ifa edə bilər və edirlər də. Amma mən o səsi sevməliyəm ki, onunla duet ifa edim”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm