Elnarə əsəbiləşdi: “Elə bilirlər bir-biri ilə didişmək şou-biznes deməkdir”
Bizi izləyin

Magazin1

Elnarə əsəbiləşdi: “Elə bilirlər bir-biri ilə didişmək şou-biznes deməkdir”

Müğənni Elnarə Abdullayeva Azərbaycanda şou-biznesin olmadığını deyib.

Publika.az-a danışan müğənni qalmaqallı açıqlaması ilə şou nümayəndələrini bir-birinə qatıb: “Azərbaycanda şou-biznes yoxdur. Varsa da, mən o şou-biznesi görməmişəm. Bakı balaca şəhərdir, bu müğənnilər də bütün günü telekanallara çıxıb dedi-qodu etməklə özlərini şou-biznesin nümayəndələri sayırlar. Elə bilirlər qalmaqal etmək, bir-biri ilə didişmək şou-biznesdir. Bir-birimizlə didişmək evin içində bir-birimizlə qalmaqal etmək kimi bir şeydir. Haçan biz Bakıdan kənara çıxıb, dünya ölkələrində konsertlər verdik, özümüzü tanıtdıq ki, ürəklə deyək -hə, bizdə də şou-biznes var. Elə oturmuşuq evin içində, bir-birimizlə didişməklə məşğuluq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm