Əlibaba Məmmədov Dövlət Səs Yazıları Arxivinə fonoalbom təqdim edib
Bizi izləyin

Magazin1

Əlibaba Məmmədov Dövlət Səs Yazıları Arxivinə fonoalbom təqdim edib

Azərbaycanın Xalq Artisti, muğam ustası, bəstəkar-xanəndə Əlibaba Məmmədov Dövlət Səs Yazıları Arxivinə çox maraqlı və dəyərli bir fonoalbom təqdim edib.

Milli Arxiv İdarəsindən Publika.az-a verilən məlumata görə, Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilən albom 3 kitab, 4 diskdən və onların yerləşdirilməsi üçün xüsusi zövqlə hazırlanmış qutudan ibarətdir.

Birinci kitab “Ürək deyir yaşa hələ” adlanır. Kitabda ustad xanəndənin yaradıcılığından və xüsusən də onun ictimaiyyətə o qədər də məlum olmayan bəstəkarlıq fəaliyyətindən söhbət açılır. Kitabın “Bəstəkar-xanəndə” adlanan əsas hissəsində muğam ustadının bəstələdiyi mahnı və təsnifləri, özü, bəstələri və digər görkəmli sənətkarlar barədə geniş məlumat verilir.

Ustad sənətkarın ikinci kitabı öz yaradıcılığının bəhrəsi olan “Təsniflər”, üçüncü kitabı isə “Mahnılar” adlanır. Həmin kitabların birinə onun təsniflərinin not yazısı, digərinə isə mahnılarının not yazısı, mətni və sözlərinin müəllifi daxil edilib.

Ümumiyyətlə, bu kitablarda bəstəkar-xanəndə, mahir muğam bilicisi və ifaçısı Əlibaba Məmmədovun yaratdığı 30 təsnif və 57 mahnı toplanıb.

Sənətkarın bu dəyərli hədiyyəsi dövlət mühafizəsinə qəbul olunub və arxivin “Qızıl fondu”na daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm