Bəyəndiyiniz kişi ilə görüşməzdən əvvəl barmaqlarına baxın
Bizi izləyin

Magazin1

Bəyəndiyiniz kişi ilə görüşməzdən əvvəl barmaqlarına baxın

“Daily Mail”də dərc olunan bir araşdırmaya görə əl barmaqları ölçüsündən asılı olaraq, insanın xarakterindən xəbər verir. Məsələn, uzun barmaqlar hansı xüsusiyyətlərin təzahürü olduğunu bilmək istəyirsinizsə, bu araşdırmanın nəticələri sizin üçün çox maraqlı olacaq.

Publika.az xəbər verir ki, ana bətnində daha çox testosteron hormonuna məruz qalan kişilərin işarə barmaqlarının adsız barmaqlarından daha qısa olduğunu göstərir. Bu adamların atletik quruluşlu və daha aqressiv olduğu bildirilir.

Bundan başqa, işarə barmağı üzük barmağından qısa olan kişilərin hesab ödəməyə, şokolad və çiçək almağa daha meylli olduğu da vurğulanır.

Qadınlarda isə estorgenə məruz qalmaq oxşar təsir yaradır. Üzük barmağı işarə barmağından daha uzun olan qadınların daha çox hədiyyə aldığı qeyd edilir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm