Beren Saatla Kənan Doğulu eyni filmdə - FOTOLAR
Bizi izləyin

Magazin2

Beren Saatla Kənan Doğulu eyni filmdə - FOTOLAR

Türkiyənin ən məşhur cütlüyü Beren Saatla Kənan Doğulu izlənmə rekordları qıran animasiya filmi “Minyonlar”ın yeni seriyasında əsas personajları səsləndiriblər. Gözəl aktrisa Beren Saat filmdəki Skarlet Overkill obrazını, həyat yoldaşı Kənan Doğulu isə Herb Overkill obrazını səsləndirib.

Beren Saat “Minyonlar” filminin onu çox əyləndirdiyini bildirib:

“Filmdə Skarlet mənfi obrazlardan biridir. O, tarix boyu pis insanlara xidmət edən minyonların yeni hökmdarıdır. “Minyonlar” pislərə xidmət etsələr də, olduqca saf və məsumdurlar. Bu xüsusiyyətləri hamı kimi bizi də çox güldürür. Çox sevimli və şirindirlər”.

Qeyd edək ki, filmin orijinal versiyasında Skarlet obrazını Sandra Ballok, Herb Overkill obrazını isə Stiv Kerell səsləndirib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm