Magazin2
“Kamera qarşısında özümü çılpaq və azad hiss edirəm” - FOTOLAR
“Poyraz Karayel” serialının gözəl ulduzu Burçin Tərzioğlu “InStyle” jurnalının avqust sayı üçün kamera qarşısına keçib. Bir-birindən gözəl pozalar verən aktrisa maraqlı açıqlamaları ilə yadda qalıb.
Aktrisa eşq həyatı ilə bağlı verilən sualı belə cavablandırıb:
“Mən sevməkdən, sevilməkdən zövq alıram. Əvvəllər “səni sevirəm” deməkdən çəkinirdim. Sonra başa düşdüm ki, sevgi içimizdə böyüyən, ancaq paylaşdıqca gözəlləşən bir hiss imiş. Sevginin iki insan arasındakı ən gözəl alış-veriş olduğunu düşünürəm. Ətrafımda sevdiyim çox insan olduğu üçün xoşbəxtəm”.
Burçin Tərzioğlu işini çox sevdiyini və çəkilişlər zamanı həmkarları ilə çox əyləndiklərini bildirib:
“Mən çəkiliş meydanına daxil olduğum an bütün maskalarımı atıram, özümü çılpaq və azad hiss edirəm. Kamera arxasındakı əhval-ruhiyyə ekranda öz əksini tapır.
Ona görə də kamera arxasındakı enerji çox önəmlidir. “Poyraz Karayel”in çəkilişləri çox əyləncəli keçir, iş yoldaşlarım çox səmimidirlər, özümü onların arasında çox dinc hiss edirəm. Elə insanlarla işləyə bildiyim üçün çox şanslıyam”.
Ləman Sultan
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...