Magazin2
Cennifer Lopez “Dolce & Gabbana” libasında - FOTOLAR

Hər zaman dekolteli, dərin yarıqlı və ya qısa paltarlara üstünlük verən Cennifer Lopez bu dəfə uzun don geyinib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Cennifer yeni serialın çəkilişlərindən vaxt tapıb Nyu-Yorkdakı Riçard Roqers teatrında göstərilən "Hamilton” müziklına baxmağa gedib. O, teatr dress-koduna uyğun olaraq seksual obrazından imtina edərək daha təmkinli və zərif don seçib. Müğənnin geyindiyi ağ güllü qara romantik paltarı “Dolce & Gabbana”-dandır. 46 yaşlı müğənni bu romantik obrazını kiçik ağ-qara çanta və itiburunlu ağ zərif stiletto ilə tamamlayıb.
Ceylo geyim stilində dəyişiklik etsə də, saçını hər zamankı kimi toppuz toplayıb. Eleqant obrazını qırmızı dodaq boyası, qəhvəyi göz kölgələri ilə vurğulayıb.
Aytən

-
Avropa21:49
Almanlar daha az yuyunmalı və daha isti geyinməli olacaqlar - SƏBƏB
-
Region21:13
Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI
-
Avropa19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin118:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi
-
Nida Təhlil 17:18
Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir
-
Rəsmi xronika17:13
İlham Əliyev fərman imzaladı
-
Sosial16:58
Hərbçimizin ölümü ilə bağlı cinayət işi başlanıldı