“Film təklifi gəlsin deyə soyundum” - FOTOLAR
Bizi izləyin

Magazin2

“Film təklifi gəlsin deyə soyundum” - FOTOLAR

57 yaşlı aktrisa Şeron Stoun illərə meydan oxuduğunu yeni fotosessiyası ilə sübut edib.

Publika.az xəbər verir ki, 23 il öncə “Basic Instinct” (“Əsas instinkt”) adlı filmlə kino dünyasına adını yazdıran aktrisa 60 yaşının tamam olmasına 3 il qalmış “Harper' s Bazaar” jurnalı üçün kamera qarşısına keçib. Jurnalın sentyabr nömrəsi üçün olduqca cəsur pozalar verən aktrisanın müsahibəsi də, ən az fotoları qədər diqqət çəkib.

Aktrisa müsahibəsində 2001-ci ildə beyninə qan sızdıqdan sonra yaşadığı çətinliklərdən danışıb. Doqquz gün reanimasiyada qaldığını deyən Şeron Stoun yenidən danışmaq və yeriyə bilmək üçün iki il sərf etməli olduğunu vurğulayıb.

Aktrisa bu hadisədən sonra, həm bədəninin, həm də fikirlərinin tamamilə dəyişdiyini, indi özünü daha güclü hiss etdiyini bildirib.

Şeron Sotun ona 23 il öncə şöhrətin qapılarını açan “Əsas instinkt” filminə seçilməsindən də danışıb:

“Mənim seksual olmadığımı deyirdilər, ona görə də iş təklifi gəlmirdi. Mən də təklif gəlsin deyə 1990-cı ildə soyundum, “Playboy”a seksual pozalar verdim. Ondan sonra “Əsas instinkt” filmindən təklif gəldi”.

Günay Əzizbəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm