Sevgilisi Serenay Sarıkayanı kimə qısqandı?
Bizi izləyin

Magazin2

Sevgilisi Serenay Sarıkayanı kimə qısqandı?

Eyni filmdə rol almağa hazırlaşan Serenay Sarıkaya ilə Kərəm Bürsinin arası dəyib.

Publika.az xəbər verir ki, buna səbəb Kərəm Bürsinin qısqanclığı olub.

Yaraşıqlı aktyor Serenayın sosial şəbəkələrdə keçmiş sevgililərini təqib etməyindən narahat olub. Deyilənə görə, Serenay Sarıkaya sevgilisinin etirazlarına baxmayaraq, keçmiş sevgililəri Pamir Pekin və Çağatay Ulusoyu "Instagram"da hələ də izləyir.

Aktrisanın bu hərəkəti onun fanatlarını da qəzəbləndirib. Çoxları onun sevgililərini tez-tez dəyişməsini tənqid edir.

Xatırladaq ki, Serenay “Lalə devri”ndən tərəfmüqabili Pamir Pekinlə, “Medcezir”dən isə Çağatay Ulusoyla sevgili olub. Kərəm Bürsinlə isə reklam çəkilişləri zamanı tanış olub.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm