52 yaşlı aktyorun qolundakı döymə hamını şoka saldı – FOTO
Bizi izləyin

Magazin2

52 yaşlı aktyorun qolundakı döymə hamını şoka saldı – FOTO

Hollivudun ən xarizmatik aktyorlarından olan Conni Depp yeni döyməsi ilə diqqəti cəlb edib.

Publika.az xəbər verir ki, aktyorun qolunda həyat yoldaşı, model Ember Hördün fotosunu görənlər təəccüblərini gizlədə bilməyiblər. 52 yaşlı aktyor isə bu ilin fevralında ailə qurduğu, özündən 23 yaş kiçik Amber Hördə olan sevgisini bu döymə ilə ifadə etdiyini bildirib. Maraqlıdır ki, onun qolundakı döymə Emberin “Esquire” jurnalı üçün çəkdirdiyi fotodan götürülüb.

Qeyd edək ki, Conni Depp gənclik illərində sevgilisi Vaynona Rayderin adını qoluna döymə etdirmişdi. Ancaq ayrıldıqdan sonra döyməni dəyişdirərək "sonsuza qədər şərabçı" mənasını verən "wino forever" yazdırmışdı.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm