Valeri Meladzenin qızı müsəlmanla nişanlandı - FOTOLAR
Bizi izləyin

Magazin2

Valeri Meladzenin qızı müsəlmanla nişanlandı - FOTOLAR

Tanınmış ifaçı və çoxuşaqlı ata Valeri Meladze böyük qızı İnqanı ərə verməyə hazırlaşır.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ifaçının 24 yaşlı qızı Mərakeşdə doğulan hind əsilli Nuri ilə evlənməyə hazırlaşır. Meladzenin kürəkəni “Əl-Cəzirə” telekanalı ilə əməkdaşlıq edir.

Yeri gəlmişkən qeyd edək ki, İnqa xınalı əlinə taxdığı üzüyünün şəklini paylaşaraq nişanlanması haqqında instaqram bloqunda yazıb. Cütlüyün nişan mərasimi Mərakeşin dəbdəbəli otellərindən birində baş tutub.

Xatırladaq ki, Valeri Meladzenin İrina Malxuniya ilə olan birinci nikahından üç qızı var: 24 yaşlı İnqa, 16 yaşlı Sofiya, 13 yaşlı Arina. “Via qra” qrupunun sabiq-solisti Albina Canabayeva ilə ikinci nikahından isə onun 2 oğlu var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm