“Min bir gecə” serialının sevilən aktrisası vəfat etdi
Bizi izləyin

Magazin2

“Min bir gecə” serialının sevilən aktrisası vəfat etdi

Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən 67 yaşlı Tomris İncer səhər saatlarında vəfat edib.

Publika.az xəbər verir ki, “Bir İstanbul masalı”, "Min bir gecə" seriallarındakı rolları ilə məşhurlaşan və sevilən aktrisanın ölüm xəbərini həmkarı Levent Kazak sosial şəbəkədə yazıb: "Böyük bir ustadı itirdik. O, səhnəyə, səhnə də ona aşiq idi. Gülə-gülə".

Qeyd edək ki, aktrisa müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Xəbər mətbuatda yayılan kimi sevənləri xəstəxanaya axın ediblər.

Xatırladaq ki, 1974-cü ildən İstanbul Şəhər Teatrında çalışan sənətkar müxtəlif kino və seriallarda rol alıb, həmçinin özəl teatrlarda da oynayıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm