Magazin2
Rihanna: “Bir gecəlik münasibətlər yaşamıram”
Pop ulduz Rihanna şəxsi həyatı ilə bağlı ilk dəfə açıq və səmimi açıqlamalar verib.
Publika.az xəbər verir ki, müğənni “Vanity Fair” jurnalına müsahibəsində yanında olan hər kəslə adının hallanmasından narahat olduğunu bildirib: “Səhər oyananda özümü pis hiss etmək istəmirəm. Nəzərə alın ki, mən də insanam, ehtiraslı olduğum, seks istədiyim vaxtlar olur. Amma bunun üçün gedib tanımadığım biri ilə birlikdə olmuram. Bizim sektor elədir ki, insanlar hekayələr uydurmağı sevirlər. Yanımda gördükləri hər kişi sevgilim kimi təqdim edilir. Etiraf edim ki, seks mənim üçün önəmlidir. Lakin qarşıma çıxan hər kəslə yatmıram”.
Müğənni münasibətlərinin uzunmüddətli olmamasının səbəbini də açıqlayıb:
“Vaxtımın hətta 10 faizini də sevgilimə ayıra bilmirəm. Sonra da ondan sədaqət gözləyirəm. Bu məni çox yorur. Həyat tərzim, işim uzunmüddətli münasibətlər üçün uyğun deyil”.
Riri qalmaqallı şəkildə ayrıldığı keçmiş sevgilisi Kris Braun haqqında da etiraflar edib: “Ona nifrət etmirəm, öləcəyim günə qədər yaxşı olmasını diləyəcəm. Doğru yolu tapması üçün ona dəstək olacaq dosta ehtiyacı var. Onu dəyişdirə biləcəyimə inanırdım. Qoruyucu mələyi ola bilərdim, amma bəzən, sadəcə çıxıb getmək lazım gəlir”.
Xatırladaq ki, Kris Braun Rihannanı döyərək xəstəxanalıq etmişdi.
Ləman Sultan
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL