Selena Qomez: “Xəstəliyimi gizlədirdim”
Bizi izləyin

Magazin2

Selena Qomez: “Xəstəliyimi gizlədirdim”

Dünyaca məşhur müğənni Selena Qomez açıqlamaları ilə fanatlarını şoka salıb.

Publika.az xəbər verir ki, gənc ifaçı “Lupus”, yəni qırmızı qurdeşənəyi xəstəliyinə yaxalandığını bildirib. Ulduz kökəlməyinin və mahnı oxumağa fasilə verməyinin səbəbini də bununla əlaqələndirib.

“Kemoterapiyaya gedirdim. Xəstə olduğumu öyrənəndən sonra qapalı həyat tərzinə keçdim. Xəstəliyimi gizlədirdim, bunu heç kimlə bölüşmək istəmirdim”.

Bu açıqlamasından sonra fanatları müğənniyə dəstək olublar. Qısa zaman ərzində “#WeAreHereForYouSelena” həştəqi “trendtopic” olub.

Qeyd edək ki, qırmızı qurdeşənəyi xəstəliyi zamanı immunitet hiperaktiv olur və orqanizmin öz normal hüceyrələrinə, toxumalarına hücum edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm