Selena Qomez və Castin Biberdən yeni duet
Bizi izləyin

Magazin2

Selena Qomez və Castin Biberdən yeni duet

Dünya şöhrətli müğənnilər Selena Qomez və Castin Biberin “Strong” adlı dueti gözlənilmədən beynəlxalq hörümçək torunda yayılıb.

Publika.az Qərb mətbuatına istinadən xəbər verir ki, mahnı ifaçıların rəsmi “YouTube” və “SoundCloud” kimi şəbəkələrdəki hesablarına yerləşdiriləndən dərhal sonra silinib. Lakin həmin qısa müddət onun yayılmasına mane ola bilməyib.

Bəstənin videoizləmə kanallarından niyə yığışdırıldığı məlum deyil. Hətta mahnının Castin Biberin “Purpose” adlı yeni albomuna daxil ediləcəyi də sual altındadır.

Bəzi mənbələr mahnının bir il əvvəl lentə alındığını vurğulayıb. Mənbə cütlüyün hələ işıq üzü görməyən bir neçə duetinin olduğunu da bildirir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm