Gənc müğənni: “Konsertimə çılpaq gəlin!”
Bizi izləyin

Magazin2

Gənc müğənni: “Konsertimə çılpaq gəlin!”

Açıq-saçıq fotoları ilə tez-tez gündəmə gələn amerikalı müğənni Mayli Sayrus bu dəfə səhnə şousu ilə təəccübləndirməyə hazırlaşır.

Publika.az xəbər verir ki, müğənninin yaxın tarixlərdə baş tutacaq konsertində səhnəyə çılpaq çıxacağı bildirilib. Deyilənə görə, Mayli Sayrus cinsi ayrıseçkiliyə diqqət çəkmək üçün “The Flaming Lips” adlı rok qrupu ilə səhnəyə çıxacaq və lüt mahnı oxuyacaq. Müğənni sevənlərindən də konsertə çılpaq gəlməyi tələb edib.

“The Flaming Lips”in solistinin açıqlamasına görə, şou zamanı çılpaq izləyicilərin üzərinə ağ rəngli, südə bənzər maye töküləcək. Bu zaman çəkilən görüntülər Mayli Sayrusun “Milky milky milk” adlı mahnısının videoklipində istifadə ediləcək.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm