İlin ən çox qazananı bu cütlük oldu
Bizi izləyin

Magazin2

İlin ən çox qazananı bu cütlük oldu

Bu ilin ən çox qazanan müğənnisinin adı açıqlanıb.

Publika.az xarici KİV-ə istinadən bildirir ki, o, amerikalı müğənni Teylor Sviftdir.

25 yaşlı məşhur 2015-ci ildə 317 milyon dolların sahibi olub.

Birləşmiş Ştatlarda onu ilin ən yüksək “qonorar alan” müğənnisi adlandırıblar. Jurnalistlərin məlumatlarında T.Sviftin sutkada nə az, nə çox, düz 1 milyon dollar gəlir əldə etdiyi bildirilir. Beləliklə də, bu il onun büdcəsi 317 milyon dollar təşkil edib.

Teylor Sviftə bu qədər pulu onun 2014-cü ilin oktyabrında işıq üzü görən beşinci albomu qazandırıb. “Həftə ərzində 1 milyon nüsxəyə yaxın albom satılıb” – deyə xarici mətbuatda bildirilir.

Gəlirlərinin digər hissəsini isə o, 47 ölkəyə reallaşdırdığı turnelərdən əldə edib. Təkcə Şimali Amerikadakı konsertindən 16 milyon dollar qazanan T.Svift bu ölkədə ən çox satış əldə edən müğənnilərdəndir.

Bu il o, sevgilisi Kelvin Harrislə “Forbes”ın ən çox qazanan ulduz cütlüklərinə başçılıq edir.

Onu da qeyd edək ki, beş albom buraxan “Qremmi” mükafatlı sənətçinin bütün diskləri platindəndir. Özünü aktrisa kimi ilk dəfə 19 yaşında sınayan müğənninin ən açıq geyimi aşırmalı şortlarıdır.

Sevinc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm