“Bond”lar bir arada - FOTOLAR
Bizi izləyin

Magazin2

“Bond”lar bir arada - FOTOLAR

Madam Tüsso muzeyində Ceyms Bond rolunun ifaçılarının mum heykəlləri nümayiş etdirilib.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, Londonun Madam Tüsso muzeyində casus 007 Ceyms Bond rolunu canlandıran 6 aktyorun mumdan hazırlanmış fiqurları peyda olub. TASS agentliyi xəbər verir ki, sərgi casus Bond haqqında yeni "007: Spektr" filminə həsr olunub.

Müxtəlif illərdə bu rolları Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Timoti Dalton, Pirs Brosnan və Deniel Kreyq ifa ediblər.

Sərgi iştirakçıları fiqurların aktyorlara çox bənzədiyini söyləyiblər.

“Bizim 6 Ceyms Bondu burada toplamaq üçün 20 heykəltəraş, xüsusi ekspert qrupu və 4 ay zamana ehtiyacımız var idi. Layihə üçün bir xeyli pul xərcləməli olduq. Amma buna dəyərdi”, – deyə muzeyin rəhbəri Edvard Fuller bildirib.

Qeyd edək ki, hər bir fiqurun qiyməti 230 min dollardır. Sərgi dekabrın 1-nə qədər açıq olacaq. “Bundan sonra “Bond”larla dünya turnesinə çıxmağı planlaşdırırıq” – deyə muzeydən bildirilib.

Ceyms Bond silsiləsindən yeni “007: Spektr” filminin təqdimatı 26 dekabr 2015-ci ildə baş tutacaq.

Sevinc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm