Ancelina Coli Bred Pitti dəlicəsinə qısqanır
Bizi izləyin

Magazin2

Ancelina Coli Bred Pitti dəlicəsinə qısqanır

Bred Pittlə Ancelina Coli arasında münaqişə yaranıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb aktrisanın qısqanclığı olub.

Məşhur cütlüyə yaxın olan mənbənin sözlərinə görə, Ancelina Coli ərini bu dəfə “İtirilmiş şəhər” filminə çəkilən aktrisaya - Siena Millerə qısqanır. Yeri gəlmişkən qeyd edək ki, bu film Bred Pittin prodüsserlyi ilə çəkilir. Mənbənin sözlərinə görə, Bred Pitt Siena Millerin aktrisalıq qabiliyyətinə heyran olub. Ərinin Siena ilə görüşü səbirsizliklə gözləməsi onu qəzəbləndirib. Hətta Bredin çəkilişlər üçün İrlandiyaya yollanması Ancelinada hiddət doğurub və ona səfərə getməsini qadağan edib. Məsələ ondadır ki, Ancelina onların arasında sevgi qığılcımının yaranacağından qorxur.

Ancelina Colini ən çox narahat edən məqamlardan biri də Siena Millerin tərəf-müqabilləri ilə eşq yaşamasıdır.

Miller aktyor ilə aralarında sevgi münasibəti olduğu barədə şayiələri təkzib edib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm