Məşhur aktyor heyvan cəsədləri ilə yatdı - FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin2

Məşhur aktyor heyvan cəsədləri ilə yatdı - FOTOLAR/VİDEO

Meksikalı rejissor Alexandro Qonsalesin “Sağ qalan” filmi artıq təqdimata hazırdır. Filmin baş qəhrəmanı Hyu Qlassı canlandıran aktyor Leonardo Di Kaprio ürəyini “Yahoo Movies”ə boşaldıb.

Publika.az xarici KIV-ə istinadən məlumat verir ki, Di Kaprio bu filmi “müasir dövrün bənzərsiz sənət əsəri” adlandırıb. Bu filmdəki obrazının kino karyerası tarixində ən çətin rolu olduğunu deyən aktyor, çəkiliş meydançasında yediklərini sözlə ifadə eməyin belə ağır olduğunu, şaxtadan barmaqlarını hiss etmədiyini, hipotermiyanın onun üçün adi hala çevrildiyini vurğulayıb.

Hollivud ulduzu onu da əlavə edib ki, ekran əsərində buzlu suya baş vurduğu zamanlar da olub, heyvan cəsədləri ilə yatdığı günlər də.

Alexandro Qonsalesi xarakterizə edən kinoulduz onu həddən artıq tələbkar və güzəştə getməyən rejissor adlandırıb. Yeni filmin çəkilişi üçün daimi soyuq məkan seçən rejissor İnyarittu lazımi atmosferi yaratmaq üçün yaradıcı heyətlə Kanadanın insan ayağı dəyməyən qayalıqlarına üz tutub. Leonardo Di Kaprionun sözlərinə görə, tamaşaçılar bu filmdə indiyə qədər görmədikləri qeyri-adi mənzərələrlə rastlaşacaqlar.

Filmin premyerası 2016-cı il yanvarın 7-nə planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm