Magazin2
Mərdəkanda “Toya bir gün qalmış”... – FOTOLAR

Dövlət Musiqili Teatrının aktrisası, xalq artisti, Şöhrət ordenli Afaq Bəşirqızının 60 yaşı tamam olur.
Publika.az xəbər verir ki, teatr bu münasibətlə Mərdəkan Mədəniyyət Evində çıxış edib.
Tədbirə qatılan Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev xalq artistinin həyat və yaradıcılığından söz açıb, onun mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.
Sonra Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunub.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Salamova, rejissor asissenti Tamilla Aslanovadır.
Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rollarda xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları çıxış ediblər.
Cəvahir

-
Rəsmi xronika16:30
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Yeniləndi
-
Rəsmi xronika16:17
Aşqabadda liderlərin Xəzər Sammiti başladı - Yeniləndi
-
Qarabağ 15:08
Ermənilərin qorxuya düşməsinin səbəbi budur- Politoloq AÇIQLADI
-
Hadisə14:06
Şəhid anasını aldadıb 11 min manat aldı... - FOTO
-
Avropa13:25
Madriddə NATO-nun sammiti başladı
-
Nida Təhlil 13:18
Gürcüstanda siyasi böhran: "Parlament prezidentin vetosunu dəf edəcək"
-
Nida Təhlil 12:21
PA rəsmisi QALMAQALLI "müsabiqə"dən danışdı: Müşahidə Şurasının qərarı…
-
Dəb11:29
Dünyanın məşhur 12 ailəsi haqqında maraqlı faktlar - FOTO