“Instagram” istifadəçiləri Canet Ceksona görə cəzalandırıldılar
Bizi izləyin

Magazin2

“Instagram” istifadəçiləri Canet Ceksona görə cəzalandırıldılar

Canet Ceksonun konsertindən foto və videoları “Instagram” hesabına yükləyənlərin akkauntları sosial şəbəkədən silinib.

Publika.az “The Guardian”a istinadən xəbər verir ki, hesabları silinən şəxslərə sosial şəbəkədən bildiriş məktubu gəlib.

“Instagram” rəsmisi etiraf edib ki, əksər profillər səhvən silinib. Bu cəza yalnız xəbərdarlığa əməl etməyənlərə tətbiq edilməli idi. Şəbəkə nümayəndəsi silinən hesabları bərpa edəcəyini bildirib.

“Canet Ceksonun şərtinə əsasən, “Unbreakable” qastrol turundan olan foto və videoların internetdə yayılması qadağan edilib. İcazəsi olan fotoqraflar isə yalnız 30 saniyəlik çəkiliş apara bilərlər”.

Qeyd edək ki, müğənni son 7 ildə heç bir yenilik etməyib. O, uzun fasilədən sonra “Unbreakable” adlı disk buraxıb və eyniadlı turneyə çıxıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm