• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Teylor Svift: “O sözü söyləyəcək qədər küt və cahil deyiləm”

  • Magazin2
  • 23 Oktyabr 2015 09:45
  • 538 Baxış
Teylor Svift: “O sözü söyləyəcək qədər küt və cahil deyiləm”

200 milyon dollarlıq sərvətin sahibi qüsursuz pop şahzadəsi, dünyaca məşhur ulduz Teylor Svift “Vogue” jurnalının Avstraliya versiyasına müsahibə verib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı Teylor Svift açıqlamasında məşhur olmağın çətinliklərindən danışıb.

Müğənni “Şöhrət bu gün var, sabah olmaya bilər. Cəmiyyətin haqqımdakı fikirləri sabah dəyişə də bilər. Lakin insanların sevgisini hiss etdiyim üçün şanslıyam. Hələlik hər şey yaxşı gedir, amma heç vaxt cəmiyyətin üzərində bir təsirim olduğunu deyəcək qədər axmaq, küt və ya cahil olmayacağam. İdarə edə bildiyim bir şey varsa, o da işim və yaxşı musiqidir”.

Həyatımda yaxşı dostlarım olduğu üçün çox xoşbəxtəm. Biz əsl dost kimi həqiqətən də bir-birimizə arxa-dayağıq” – deyə o bildirib.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR