Magazin2
“Christian Dior” moda evinin kreativ direktoru vəzifəsindən getdi

“Christian Dior” moda evinin kreativ dizayneri Raf Simons 3 illik əməkdaşlıqdan sonra vəzifəsindən istefa verib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onun bu addımı gözlənilməz olub. Moda evinin məxsus olduğu “LVMH” holdinqin nümayəndəsi bildirib ki, belçikalı dizayner şəxsi səbəblərə görə belə qərar qəbul edib.
Simons özü də mətbuata verdiyi açıqlamada qərarını şəxsi işləri ilə əlaqələndirib. Belə ki, o, şəxsi brendini qurmaq niyyətində olduğunu açıqlayıb.
Belə çıxır ki, oktyabrın əvvəllərində Parisin Luvr Muzeyində nümayiş olunan kolleksiya modelyerin moda evi ilə əməkdaşlıq çərçivəsində sonuncu işi olub.
Raf Simonsu kimin əvəzləyəcəyi hələlik məlum deyil.
Xatırladaq ki, İv Sen-Loran, Mark Boan, Canfranko Ferre, Con Qalyano, Bill Geyten moda evinin kreativ dizayneri olublar. Raf Simons isə bu vəzifədə 2012-ci ildən çalışırdı.
Aytən

-
Rəsmi xronika16:17
Aşqabadda liderlərin Xəzər Sammiti başladı - Yeniləndi
-
Qarabağ 15:08
Ermənilərin qorxuya düşməsinin səbəbi budur- Politoloq AÇIQLADI
-
Hadisə14:06
Şəhid anasını aldadıb 11 min manat aldı... - FOTO
-
Avropa13:25
Madriddə NATO-nun sammiti başladı
-
Nida Təhlil 13:18
Gürcüstanda siyasi böhran: "Parlament prezidentin vetosunu dəf edəcək"
-
Nida Təhlil 12:21
PA rəsmisi QALMAQALLI "müsabiqə"dən danışdı: Müşahidə Şurasının qərarı…
-
Dəb11:29
Dünyanın məşhur 12 ailəsi haqqında maraqlı faktlar - FOTO
-
Rəsmi xronika10:58
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO