Adel yenidən rekorda imza atdı
Bizi izləyin

Magazin2

Adel yenidən rekorda imza atdı

Adel bir mahnı ilə üç rekordu təzələyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, britaniyalı müğənni Adel 3 il fasilədən sonra “Hello” adlı yeni mahnısını təqdim edib.

“Hello” 24 saat ərzində nəinki ən çox satılan və baxılan, həmçinin, 92 ölkədə birincilik əldə edən mahnı olub.

Adel bu mahnı ilə son 18 ilin rekordunu təzələyib. Çıxdığı gün 92 ölkədə birincilik əldə etməklə yeni rekorda imza atan mahnı sutka ərzində 27 milyon baxış sayı toplayıb.

Xatırladaq ki, indiyədək ən çox baxış sayı yığan amerikalı müğənni Teylor Sviftin “Bad Blood” mahnısı olub. Qeyd edək ki, o, bir günə 20 milyon baxış sayı yığmışdı.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm