Vera Brejneva ilə Konstantin Meladzenin toyundan ilk FOTOLAR
Bizi izləyin

Magazin2

Vera Brejneva ilə Konstantin Meladzenin toyundan ilk FOTOLAR

Rusiyalı müğənni Vera Brejneva ilə tanınmış prodüser Konstantin Meladze İtaliyada gizlicə evləniblər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlüyün toyunda çəkilmiş fotolar və video sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, məşhurların toyu məhdud çərçivədə - dostları və yaxınlarının əhatəsində keçib. Rusiya mətbuatında da əksini tapan fotolarda Vera Brejneva ilə Konstantin Meladze nikahdan sonra görüntülənib.

Gəlin uzun sadə gəlinlik paltarı, bəy isə mavi pencək və cins şalvar geyinib.

Xatırladaq ki, Konstantin Meladze ilə Vera Brejneva sevgi münasibətlərini uzun müddət mətbuatdan gizli saxlayıblar. Hətta Vera jurnalistlərin suallarına cavab olaraq Konstantin ilə münasibətlərini “cəfəngiyat" adlandırmışdı.

Onu da qeyd edək ki, bu, Vera Brejnevanın sayca 3-cü rəsmi nikahıdır. Konstantin Meladze isə 20 illik həyat yoldaşından 2013-cü ildə boşanıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm