Magazin2
ABŞ-ın məşhur serialında türklər təhqir edildi
“Da Vinci’s Demons” (“Da Vinçinin şeytanları”) adlı serialda türklərə həqarət edilib.
Publika.az xəbər verir ki, serialın 3-cü mövsümünün ilk seriyasında Osmanlı imperiyasının həyata keçirdiyi Otranto səfərindən bəhs edilib. Serialda Otranto qalasına hücum edən donanmanın başında II Bəyazidin durduğu, Osmanlı imperiyasının istifadə etdiyi topların və tanka bənzər maşınların Leonardo da Vinçi tərəfindən icad edildiyi göstərilib.
Səhnələrin birində Da Vinçi serialdakı türk obrazlardan Əl-Rəhimə “Layihələrimi oğurladın. Beynimin içinə girdin. Planlarımı türklərlə bölüşdün. Məni aldatdın. Məndən istifadə etdin”, - deyir.
Serialda türklərlə bağlı ittihamlar bununla da bitmir. Bir neçə səhnədə türklərin vəhşi və təcavüzçü olduqları göstərilir:
Rəhbərlər arasında gedən dialoqlardan biri belədir:
- “Türklərlə razılığa gələk. Onlar Allahsız və kafirdirlər, onları pulla almaq mümkündür”
- “Qadınlarımıza təcavüz edib öldürdülər. Kişiləri isə əsir aldılar və qətl etdilər. Belə insanlarla razılıq əldə etmək mümkün deyil”.
Qeyd edək ki, serialın əvvəlki seriyalarında da bu cür ifadələrə yer verilib. Belə ki, obrazlardan biri “Tanrının insanlığın başına açdığı çoxlu oyunlar var; zəlzələlər, vulkanlar, xəstəliklər. Amma bunlardan ən pisi türklər və tatarlardır’’, deyib və bu səs-küyə səbəb olub.
Ləman Sultan
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ