
35-ci ABŞ Prezidenti Con Kennedinin ölümünə həsr edilən film ekranlaşdırılır.
Axar.az “Varieti”yə istinadən xəbər verir ki, “Ceki” adlanacaq filmdə Natali Portman, Piter Sarsqaard kimi Hollivud ulduzları rol alacaq. Filmin çəkilişləri ilin sonlarına yaxın start götürəcək.
Qeyd edək ki, böyük maraqla gözlənilən “Ceki” filminin rejissoru Pablo Larraindir.