Teylor Svift ona təcavüz edən DJ-i məhkəməyə verdi
Bizi izləyin

Magazin2

Teylor Svift ona təcavüz edən DJ-i məhkəməyə verdi

Amerikalı müğənni Teylor Svift DJ Devid Mülleri məhkəməyə verib.

Publika.az xəbər verir ki, müğənni ABŞ-ın Denver şəhərində konsert verərkən səhnəöncəsi DJ Müller Teylordan xatirə fotosu çəkdirməyi xahiş edib. O da məmnuniyyətlə razılaşıb. Şəkil çəkdirərkən Müller müğənninin ətəyini qaldıraraq əlini onun ombasına qoyub. DJ-in bu hərəkətindən narazı qalan Teylor rəhbərliyə şikayət edib və o, işdən qovulub.

Sonradan Müller hadisəni şərh edərək anlaşılmazlıq olduğunu bildirib və bu dəfə DJ müğənnini onu işdən qovdurduğuna görə məhkəməyə verib.

Məhkəməyə verildiyini eşidən amerikalı müğənni də DJ-i cinsi təcavüzə cəhd etdiyinə görə məhkəməyə verib. Teylor bildirib ki, Müllerdən aldığı kompensasiyanı xeyriyyə fonduna köçürəcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm