Ancelina Coli ilə Bred Pitt onları sarsıdan hadisədən danışdılar - FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin2

Ancelina Coli ilə Bred Pitt onları sarsıdan hadisədən danışdılar - FOTOLAR/VİDEO

Məşhur cütlük Ancelina Coli və Bred Pitt evliliklərində qarşılaşdıqları ən çətin mərhələdən və bunun həyatlarına təsirindən danışıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “The Today” şousunda iştirak edən cütlük birgə layihəsi olan "Mavi sahil" filmi ilə yanaşı, həm də qarşılıqlı münasibətlərindən söhbət açıblar. Onlar həyatlarını tamamilə dəyişən xərçəng xəstəliyi ilə birgə mübarizələrinə xüsusi yer ayırıblar. Belə ki, 2013-cü ildə döş xərçənginə tutulmaq ehtimalı ilə üzləşən Ancelina əvvəlcə süd vəzilərini, 2015-ci ildə isə yumurtalıqlarını əməliyyat etdirib. Bred Pitt həyat yoldaşının həmin qərarlarından şoka düşsə də, onu bu məsələdə dəstəkləyib. O, müsahibəsində qeyd edib ki, bu tədbirlər Colinin sağlamlığı baxımdan lazım idi.

Ancelinanın anası da eyni xəstəlikdən əziyyət çəkib. Onun xəstəliklə mübarizəsindən danışan Ancelina bu təcrübənin ona xəstəliyin vaxtında aşkarlanması və mübarizəsində, həmçinin iki ağır əməliyyata qərar verməsində kömək olub.

Qeyd edək ki, Colinin anası Marşel Bartran 7 ilə yaxın xərçənglə mübarizə aparsa da, 2007-ci ilin yanvarında 56 yaşında dünyasını dəyişib.

Bred Pitt ailəsindəki problemlərlə bağlı yayılan şayiələri də toxunub: “Şəxsi həyatımızla bağlı yayılan şayiələri eşidəndə təəccüblənirik. Əslində, bizdə hər şey gözəldir, ailə həyatımızda sabitlik və rahatlıq hökm sürür”.

Ancelina yemək hazırlaya bilməməyindən danışaraq bunun Bredin xoşuna gəlmədiyini söyləyib: “Lakin bu da münasibətlərimizə mənfi təsir göstərmir. Bilirəm ki, Bred məni onsuz da çox sevir!”

Qeyd edək ki, müsahibə boyu Bred Pitt həyat yoldaşının əlini bərk-bərk sıxaraq onu sevgi dolu baxışlarla süzüb.

Onlar müsahibələrində qeyd ediblər ki, bütün bu çətinliklərə və sınaqlara baxmayaraq, bir-birinə olan məhəbbəti nəinki azalıb, əksinə artıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm