Kino tarixində ilk: robot filmə çəkildi – FOTOLAR
Bizi izləyin

Magazin2

Kino tarixində ilk: robot filmə çəkildi – FOTOLAR

“Geminoid F” adlandırılan insanabənzər robot “Sayonora” adlı filmə çəkilib.

Publika.az xəbər verir ki, süni intellektə malik olan robot Koji Fukadanın rejissorluğu ilə lentə alınan filmdə Leona obrazını canlandıracaq.

Osaka Universitetinin professorlarından olan Hiroşi İşiquronun dizayn etdiyi robotun aktyorluq qabiliyyətini rejissor çox bəyənib. O gülümsəyən, qaşlarını hərəkət etdirən, danışan və mahnı oxuyan robot haqqında bunları deyib:

“Robotla işləmək asandır. Çünki şikayətlənmir, acmır, yuxusu gəlmir”.

Qeyd edək ki, “Sayonara” filmi uzaq gələcəkdə yaşana biləcək nüvə fəlakətindən bəhs edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm