Məşhur müğənni atası ilə barışdı
Bizi izləyin

Magazin2

Məşhur müğənni atası ilə barışdı

Rusiya şou biznesinin məşhur simalarından biri, müğənni Sergey Lazarev atası ilə barışıb.

Publika.az xəbər verir ki, müğənni hələ uşaq ikən onları tərk edən atası ilə qardaşının yas mərasimində qarşılaşıb: “Bizi faciəvi bir hadisə yenidən birləşdirdi. Qardaşım Paşa artıq aramızda yoxdur. Atamla onun dəfn mərasimində rastlaşdıq. Ora mübahisə etmək yeri deyil. Bəlkə də, bizi Paşa birləşdirdi. Düzdür, hazırda ona ehtiyacım yoxdur. Ehtiyacım olanda mənə arxasını çevirib getdi. İndi isə onun mənə ehtiyacı var. Amma mən ona arxamı çevirmək istəmirəm. Anamla çox çətin günlər yaşayanda atamı tapa bilmədik. Bu sözlərimdən bəlkə də inciyə bilər. Amma bunlar faktdır”.

Qeyd edək ki, müğənninin qardaşı ağır yol nəqliyyat hadisəsində aldığı ağır xasərətlərdən sonra cəmi bir həftə yaşaya bilib. O, 37 yaşında müalicə aldığı xəstəxanada keçinib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm