Xalq artistinin gözünü yolda qoydular: “Dəvət edən olmadı”
Bizi izləyin

Magazin2

Xalq artistinin gözünü yolda qoydular: “Dəvət edən olmadı”

Xalq artisti, tanınmış aktyor Tariyel Qasımovun adı yeni çəkilən serialların titrlərində yoxdur. Maraqlıdır aktyor özü çəkilmək istəmir, yoxsa rejissorlardan dəvət almayıb?

Publika.az-a açıqlama verən aktyorun, demə, ürəyi dolu imiş:

“Telekanallarda çəkilən bir neçə serialda baş rolları oynamışam. Həmin seriallar tamaşaçılar tərəfindən uğurla qarşılanıb. Çox istərdim ki, yenə çəkilim. Amma yeni mövsümdə dəvət edən olmadı. Kiməsə deyə bilmərəm ki, mənə də rol ver. Onu da deyim ki, hər seriala da çəkilə bilmərəm. Ən azı oynadığım rol yaşıma, sənətimə uyğun gəlməlidir. Bu yaşımdan sonra tamaşaçıma keyfiyyətsiz iş təqdim etsəm, gözdən düşə bilərəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm