Kıvanç Tatlıtuğ üzrxahlıq etdi: “Pis gecə idi…”
Bizi izləyin

Magazin2

Kıvanç Tatlıtuğ üzrxahlıq etdi: “Pis gecə idi…”

Məşhur aktyor Kıvanç Tatlıtuğ ötən gün paparassilərə söyüş söyən qardaşı Tuqayın əvəzinə üzrxahlıq edib.

Publika.az xəbər verir ki, sevgilisi Başak Dizerlə restoranların birindən çıxan aktyor həmişəkindən fərqli olaraq, paparassilərə yaxşı münasibət göstərib. O, qardaşının etdiyi hərəkəti nəzərdə tutaraq “Pis gecə idi, baş verənlər məni kədərləndirdi”, – deyib.

Jurnalistlərin suallarını cavablandıran Kıvanç yeni serialının çəkilişlərinə 2016-cı ilin iyun ayında başlayacağını bildirib.

Jurnalistlərlə zarafatlaşan aktyor: “Zənnimcə, sizə 3 il bəs edəcək qədər danışdım. 2018-ci ildə görüşənə qədər”, –deyərək maşınına minib.

Xatırladaq ki, Kıvanç Tatlıtuğ istənilən reytinqi əldə edə bilmədiyi üçün çəkilişləri dayandırılan “Kurt Seyid ve Şura” serialından sonra heç bir layihədə yer almayıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm