• USD 1,7000 0,00% EUR 2,0647 +0,21%
    • GBP 2,2864 +0,47% RUB 0,0228 +0,88%

Janna Friskenin atası kürəkənini homoseksuallıqda ittiham edir

  • Magazin2
  • 20 Noyabr 2015 02:58
  • 908 Baxış
Janna Friskenin atası kürəkənini homoseksuallıqda ittiham edir

Vladimir Friske hesab edir ki, onun kürəkəni Dmitri Şepelyov qeyri-ənənəvi oriyentasiyaya malikdir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mərhum müğənninin atası nəvəsini kürəkənindən almaq istəyir. O, hesab edir ki, nəvəsi Şepelyovla yaşayacağı təqdirdə homoseksual ola bilər:

“O, evdə lasin, qadın alt geyimləri geyinib, qadın kimi boyanırdı. Özünü cinsi azlıq kimi aparırdı. Janna istəməzdi ki, onun oğlu homoseksual olsun. Mən nəvəmi nəyin bahasına olursa-olsun, onun əlindən alacağam!”.

Uşağın babası Şepelyovun bütün bu sadaladıqlarını nəvəsi Platonun gözü qarşısında edə biləcəyinə görə narahatdır. Bu isə onun tərbiyəsinə çox pis təsir edə bilər.

Vladimir Friske Şepelyovdan DNT testi keçirməyi tələb edir. O, nəvəsinin atasnın Şepelyov olmasına şübhə edir.

İsa Şükürov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR