Cem Yılmaz: “Biz bu mahnını İradə İbrahimovadan dinləmişik”
Bizi izləyin

Magazin2

Cem Yılmaz: “Biz bu mahnını İradə İbrahimovadan dinləmişik”

İradə İbrahimova və müğənni Rauf Türkiyə telelvizyasında müzakirə olunub.

Publika.az xəbər verir ki, müzakirəni Türkiyənin məşhur aktyoru Cem Yılmaz açıb. O, müğənnilərimizlə, xüsusən, İradə İbrahimovanın “Neyləyək alınmadı” adlı mahnısı ilə bağlı qonaq olduğu televiziya proqramında söhbət açıb:

“Biz bu mahnını İradə İbrahimovadan dinləmişik. İradə xanım, Zəfər qardaşımın tapıntısıdır. Zəfər musiqi axtarışı vaxtı Azərbaycandan tez-tez istedadlar tapıb ortaya çıxır. Bundan başqa daha bir tapıntımız var. O da Rauf adlı müğənnidir. Zəfər mənə Raufun bir neçə klipini göndərib. Həmin mahnıları paylaşdıqdan sonra Azərbaycan televiziyası bizim haqda sujetlər təqdim edib. Bizi çox gözəl təqdim ediblər”.

Aktyor daha sonra yeni filmlərinin Azərbaycanda da təqdim olunacağını bildirib:

“Hazırda yeni filmimizin işıq üzü görməsi ərəfəsindəyik. Həmin film Azərbaycan kinoteatrlarında da nümayiş olunacaq”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm