Yaşını gizlədən məşhur müğənni: “8 aydan bir botoks etdirirəm”
Bizi izləyin

Magazin2

Yaşını gizlədən məşhur müğənni: “8 aydan bir botoks etdirirəm”

Ad gününü qeyd edən məşhur müğənni Əməl Sayın maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, yaşını açıqlamaq istəməyən müğənni botoksla gözəlləşdiyini etiraf edib:

“Çox baxımlı olduğumu deyə bilmərəm. 8 aydan bir botoks etdirirəm. Məncə, bunu gizlətməyə ehtiyac yoxdur. Botoksu çox kiçik dozalarda vurdururam ki, mimikam itməsin”.

Əməl Sayın həyatda, sadəcə, ana ola bilmədiyi üçün təəssüfləndiyini deyib:

“Təkcə buna görə “kaş…” deyirəm. Kaş övladım olardı. Ən böyük peşimanlığım budur. Allah bilən məsləhətdir, yəqin ki, bunun da bir səbəbi var”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm