Cennifer Lopezin sevgi ocağı satışa çıxardıldı
Bizi izləyin

Magazin2

Cennifer Lopezin sevgi ocağı satışa çıxardıldı

Cennifer Lopezin keçmiş həyat yoldaşı, müğənni Mark Entoni birgə yaşadıqları evi satışa çıxarıb.

Publika.az qərb mətbuatına istinadən xəbər verir ki, məşhur cütlük ailə qurduqdan sonra 2004-cü ildə həmin evə köçüb. Cütlüyün əkizləri də həmin evdə böyüyüb.

Ev Mark üçün kədərli xatirələrin məskəni olduğuna görə, 5 ildir lüks malikanə boş qalıb və orada heç kəs yaşamır.

Hazırda həm Cey Lo, həm Mark xoşbəxtdir. Lopez Kasper Smarta ərə getməyə hazırlaşır, Mark isə venesuelalı model Şennon de Lima ilə ailəlidir.

Lüks malikanə 9 milyon dollara satışa çıxarılıb. Evin 9 yataq otağı, tennis kortu, hovuzu və şəxsi səsyazma studiyası var.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm