• USD 1,7000 0,00% EUR 2,0264 +0,09%
    • GBP 2,3680 +0,13% RUB 0,0233 0,00%

İrina Şeykin oxşarına aşiq oldu - FOTOLAR

  • Magazin2
  • 10 Dekabr 2015 07:55
  • 2 075 Baxış
İrina Şeykin oxşarına aşiq oldu - FOTOLAR

21 yaşlı kanadalı müğənni Castin Biber İrina Şeykin oxşarına aşiq olub.

Publika.az xəbər verir ki, o, internetdə təsadüfən fotosunu gördüyü qızın kim olduğunu tapmaq üçün fanatlarından kömək istəyib.

“Instagram”da həmin qızın fotosunu paylaşan ulduz: “Aman, Tanrım! Bu kimdir?” - deyə dostlarına müraciət edib. Müğənninin fanatları da sosial şəbəkələri ələk-vələk edərək qısa zamanda qızın kimliyini aşkarlayıblar.

Məlum olub ki, İrina Şeykə oxşarlığı ilə diqqət çəkən gözəlin adı Sindi Kimberlidir. 19 yaşlı gözəl selfiləri sayəsində 117 min təqibçi toplaya bilib.

İddialara görə, Castin artıq Sindi ilə əlaqə yarada bilib. O, Sindiyə kliplərindən birində rol verəcək.

Ləman Sultan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR