Kraliça istədi, o da saçını kəsdirdi - FOTOLAR
Bizi izləyin

Magazin2

Kraliça istədi, o da saçını kəsdirdi - FOTOLAR

Kembric hersoginyası Keyt Middlton saçını kəsdirib.

Publika.az ingilis mətbuatına istinadən xəbər verir ki, hersoginya saçını kraliça Yelizavetanın istəyi ilə kəsdirib.

Ötən həftə iştirak etdiyi bir tədbirdə Kembric hersoginyası yeni saç modeli ilə diqqət çəkib. Keytin etdiyi bu dəyişiklik müxtəlif iddialara səbəb olub. Deyilənlərə görə, Keyt saçını kraliçanın istəyini nəzərə alaraq çox sevdiyi uzun saçını qısaldıb.

Lakin Keyt Middltonun 12 illik ustası Riçard Vard hersoginyanın saçını ona qulluq etməyə vaxtı olmadığı üçün kəsdiyini söyləyib. Stilistin sözlərinə görə, kraliça bu saç stilində də gözəl görünür, hətta yaxın zamanda dünyada milyonlarla qadının onun saç modelini təqlid edəcəyini bildirib.

Xatırladaq ki, eleqantlığı ilə seçilən Keyt Middletonın bu yaxınlarda çəkilmiş yorğun və makiyajsız fotosu müzakirələrə səbəb olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm