Enrike İqlesias Şri-Lankadan qovuldu
Bizi izləyin

Magazin2

Enrike İqlesias Şri-Lankadan qovuldu

Dünya şöhrətli müğənni Enrike İqlesias Şri-Lankada “persona non-qrata” elan olunub.

Publika.az xəbər verir ki, onun həmin ölkədə keçirdiyi konsertindən sonra belə bir qərar verilib.

Müğənni “Seks və sevgi” adlı turnesi çərçivəsində Şri-Lankada yaşayan xanım heyranlarını necə coşdurubsa, konserti izləməyə gələnlər büstqalterlərini çıxardaraq səhnəyə atıblar. Yaşananlardan və qarşılanmadan razı qalan müğənninin əksinə olaraq, ölkə başçısı Maytripala Sirisena baş verənlərdən bərk qəzəblənib. Təşkilatçıları cəzalandıran prezident bunu ölkəsi üçün biabırçılıq adlandırıb.

Enrike İqlesias isə Şri-Lankadan qovulub və həmin ölkədə “persona non-qrata” elan olunub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm