Qeyri-adi dönüş: Uil Smitin oğlu qadın kolleksiyasının siması oldu
Bizi izləyin

Magazin2

Qeyri-adi dönüş: Uil Smitin oğlu qadın kolleksiyasının siması oldu

Hollivud aktyoru Uil Smitin oğlu Ceydon qadın kolleksiyasının siması olub.

Publika.az xəbər verir ki, “Louis Vuitton” geyim şirkəti onu özünün siması seçib.17 yaşlı Ceydon şirkətin reklam kampaniyasında iştirak edib.

Hollivud aktyorunun oğlu qeyri-adi stili və qadın ətəklərinə həvəsi ilə fərqlənir. Onun bu meylini çoxları anlaya bilməsə də, Ceydon müsahibəsində bunu daxili istəyi ilə izah edib.

“Mən ürəyimin səsinə qulaq asıram və öz hisslərimi nümayiş etdirirəm. Düzdür, özünü ifadə etmək üçün geyim tək vasitə deyil. Amma nə edə bilərəm. Qeyri-adi şeylər geyinmək mənim xoşuma gəlir”.

Xatırladaq ki, Ceydon Smit ən zövqlü geyinən kişilər sırasına düşüb. O, siyahıda Bred Pitti belə üstələyib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm