Adelin Əhməd Qayadan mahnı oğurladığı təsdiqləndi - VİDEO
Bizi izləyin

Magazin2

Adelin Əhməd Qayadan mahnı oğurladığı təsdiqləndi - VİDEO

Dünya şöhrətli müğənni Adelin “Million years ago” adlı mahnısının plagiat olduğu barədə uzun müddətdir ki, gündəmdən düşməyən iddialar təsdiqini tapıb. Onun məşhur mahnısının musiqisini Əhməd Qayadan oğurladığı sübuta yetirilib.

Publika.az xəbər verir ki, MSG şirkəti hər iki mahnını texniki baxımdan təhlil edərək Adelin plagiata əl atdığını müəyyən edib. Bu barədə sözügedən şirkət Əhməd Qayanın həyat yoldaşı Gültən Qayaya məlumat verib. Mahnılar arasındakı bənzərliyin həddən artıq çox olduğu, buna görə də, məhkəməyə müraciət edə biləcəkləri bildirilib.

Qeyd edək ki, “Million years ago” adlı mahnı Adelin 2015-ci ildə çıxardığı albomda yer alıb. Həmin albom satış rekordları qırıb.

Xatırladaq ki, “Million years ago”nun musiqisi Əhməd Qayanın “Acılara tutunmak” adlı mahnısını xatırlatsa da, indiyədək heç kəs bu mövzuda konkret rəy verə bilmirdi.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm