Beyons xəbəri yalan adlandırdı – FOTOLAR
Bizi izləyin

Magazin2

Beyons xəbəri yalan adlandırdı – FOTOLAR

Bu günlərdə amerikalı müğənni Beyonsun Saarti Baartman haqda filmə çəkildiyi haqda xəbərlər yayılıb.

Publika.az xəbər verir ki, müğənni yayılan bu xəbərə münasibət bildirib. O, xəbəri təkzib edib:

“Mən bu layihədə yoxam. Amma Baartman tarixi hadisədir. O, mütləq insanlara çatdırılmalıdır”.

Qeyd edək ki, Saarti Baartman XIX əsrdə Cənubi Afrikadan Avropaya gətirilmiş qullardan biri olub. O, əndamının iri olması ilə diqqət çəkib. Çoxsaylı insan axını məhz onun iri əndamını görmək üçün saxlanıldığı yerə gəlirdi. Məhz bu dövrdən Avropada “insan zooparkı” formalaşmağa başlayıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm